Pişiyə qarşı allergiya...

  • 02.12.2017
  • 0

Həkimlər bildirir ki, allergiya insanlarda çox zaman itlərin və pişiklərin dərilərindəki spesifik maddələrin ifrazından yaranır. Xüsusilə at, it və pişikdən tökülən tozların tərkibində allergiyaya səbəb ola biləcək 20 növ maddə mövcüddur. Heyvanların ağız suyundan və sidiyindən də allergiya ola bilər. Elə buna görə də onların mütəmadi müayinə olunması mütləqdir. Nüşabə Səlimova isə deyir ki, illərdir evində heyvan saxlasa da sağlamlığına heç bir mənfi təsiri olmayıb. Heyvanlara qarşı allergiya ən çox bronxial astmalı insanlarda müşahidə edilir. Əgər ana və ata eyni heyvana oxşar formada allergik reaksiya verirsə bunun 80 faizinə övladın da rast gəlinir. Həkimlərin məsləhəti ilə qəhrəmanım Xalid Zülfüqarov da sevdiyi pişiyindən ayrı qalmalı olub. Ona görə də o, sonradan ayrılıq acısını yaşamaqdansa, heyvan saxlamazdan əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edir. Amma yaranan allergiyanı həmişə heyvanlarla əlaqələndirmək də düzgün deyil. Bu, tozdan, hətta döşəklərdə istifadə olunan yundan da ola bilər. Buna görə allergiya yarandıqda ilk növbədə mütəxəssisə müraciət edilməlidir ki, onun başvermə səbəbi müəyyənləşdirilsin.

Nə düşünürsən?