Mahir Mədətov : "Atam deyəsən, mənim yerimə futbol oynayır"

  • 02.12.2017
  • 0

- Bu aralar oyunlar üst-üstə düşür. İstirahətə vaxt qalmır. Çalışırdıq ki, qısa vaxtda maksimum şəkildə hazırlaşaq. Bundan sonra “Roma” ilə səfər oyunumuz var. Daha sonra isə “Səbail”ə qarşı oynayacağıq. Bu oyunda qələbəni çox istəyirdik. İlk hissədə daha yaxşı oynadıq. - Sıx qrafikdə oynamaq komandanı yorur? - Yorur, amma qrafiki bölüşdürmüşük. Qurban müəllimin qrafikinə uyğun davranırıq. - Atan mətbuata açıqlmasında deyib ki, oğluma Avropa klublarından təklif var. Bu barədə nə deyə bilərsən? - Atam deyəsən, mənim yerimə futbol oynayır (gülür). Mən "Qarabağ"ın futbolçusuyam. Komanda ilə mövsümün sonuna kimi müqaviləm var. Məni istəyən komanda klubuma müraciət etməlidir. Qurban Qurbanovun üzərimdəki əziyyəti çoxdur. İlk məsləhət alacağım insan baş məşqçimdir. - İnkişafda olan gənc futbolçusan. Özünü xaricdə sınamaq istəyirsən? - Əlbəttə, istəyirəm. Amma səhv zamanda getmək istəmirəm. Burada pul rol oynamır. Futbolda özümü inkişaf etdirmək istəyirəm. Bunun üçün çox düşünmək və məsləhət almaq lazımdır. Bir gün alınacağına və legioner həyatı yaşayacağıma inanıram. - Azərbaycanlı futbolçularda legioner həyatı alınmır. Buna görə ehtiyatlanmırsan? - Bu işdə gərək hər şeyi düşünəsən. Toplanışlarda 10-15 günlük ailədən kənarda qalanda ev üçün darıxırıq. Amma bu, bizim işimizdir və buna məcburuq. Böyük yerlərə gəlmək üçün bəzi şeyləri düşünmək lazımdır. - “Roma” ilə oyundan nə gözləyirsən? - Yaxşı oyun. İstəyirik ki, son matçda yaxşı oyun nümayiş etdirək. - Qrupun son matçında qapını bərk çırpa biləcəksiniz? - İnşallah, çırparıq. - “Roma”ya da mütləq qələbə lazımdır... - Güclü olan qalib gəlsin. Oyun rəqibin meydanında olacaq. Üstünlük “Roma”dadır. Amma kim deyə bilərdi ki, hər iki matçda “Atletiko”dan xal alacağıq? Futboldur, hər şey ola bilər.

Nə düşünürsən?