Röya Ayxan radioları tənqid etdi: Doğrudan da biabırçılıqdır

  • 30.11.2017
  • 0

Röya Ayxan radioları tənqid etdi: Doğrudan da biabırçılıqdır – VİDEO Pending Band Əməkdar artist Röya Ayxan “Instagram”da paylaşım edərək radioların yerli mahnılar əvəzinə, xarici bəstələrə üstünlük verməsini tənqid edib. Oxu.Az xəbər verir ki, o, türkiyəli ifaçıların musiqilərinə daha çox yer verilməsini sərt şəkildə qınayıb. “Doğrudan da biabırçılıqdır. Soruşun niyə? Avtomobillə gedirəm və artıq 5-ci radioya çevirmişəm ki, türk mahnıları oxunur. Biz bu qədər pul buraxırıq, bunların haqqını kim verəcək? Dörd gecədir Nihat Odabaşı ilə klip çəkirik. Sonra da yekə-yekə deyirik ki, türklər gəlir Bakıya, bizimkiləri tanımır. Bizimkilər onların əlindən öpür. Düzdür, mən öpməmişəm. Amma öpənlərimiz çox olub. Radiolara səslənib deyirəm ki, işinizi bilin. Sonra deməyin ki, bizi heç kim saymır. Siz özünüz özünüzü saymırsınız. Burdan Nuşirəvan müəllimə (Milli Televiziya və Radio Şurasının sədri) müraciət edirəm, xahiş edirəm ki, televiziyalarda klip saatı ayrılsın. Bizə bu dərəcədə hörmətsizlik olmaz. Sizi başa düşürəm, Nuşirəvan müəllim. Başınız ən çox keyfiyyətli və maraqlı olsun deyə verilişlərə qarışıb. Amma biz “əldən gedirik”, belə olmaz”,-deyə o bildirib.

Nə düşünürsən?