“Cibimizə girən” terminallar...

  • 30.11.2017
  • 0

Kart yükləmək üçün nəzərdə tutulan pos-terminallarda yaranmış problemdən təkcə müsahibimiz şikayətçi deyil. Aparatların işləməməsindən bir çox sakinlər narazıdır. Araşdırma zamanı da məlum oldu ki, dayanacaqlarda quraşdırılan 200-ə qədər pos-terminalların əksəriyyəti işləmir. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, təmsil etdiyi qurum "Bakı kart” aparatı ilə yanaşı, “MilliÖn” aparatlarının da xidmətindən istifadə edir. Sərnişinlərin kart imkanlarından rahat yararlanmasını Bakı Nəqliyyat Agentliyi nəzarətdə saxlasa da, texniki problemlər yarandıqda bu işi qurum özü həll edir. Maraqlıdır ki, əgər MilliÖn müştəri xidməti terminallarda yaranan nasazlığı sistem vasitəsilə müşahidə edə bilirsə, bəs problem niyə vaxtında aradan qaldırılmır? Çünki sakinlər məhz Milliön aparatlarından karta pul yükləyə bilmədiklərini deyirlər. Milliön Müştəri Xidmətlərindən bildirildi ki, bəzən sərnişinlər aparatlarla normal davrana bilmədiyindən problemlər yaranır. Qısası, bəzən terminalların işləməməsində günahkar, necə deyərlər sakinlərdir. Sakinlər "Bakı Kart" terminalında hər hansı bir problemlə üzləşərsə, 141 çağrı mərkəzi, alo 141.az, Bakı Nəqliyyat Agentliyinin rəsmi saytı və feysbook səhifəsinə mürciət edə bilərlər. Problem təkcə aparatların işləməməsi ilə bitmir. Bəzi ərazilərdə heç terminal da yoxdur. Karta pul yükləmək üçün ya yolun digər tərəfinə keçmək zərurəti yaranır, ya da əhali xeyli yol qət etmək məcburiyyətində qalır. Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, paytaxtda terminalların sayı kifayət qədərdir. Gələcəkdə kart sisteminə keçən marşrutların sayı artdıqca, terminalların yerləşdirilmə məkanı da avtomatik çoxalacaq.

Nə düşünürsən?