Misir prezidenti İŞİD-in məhv edilməsi üçün orduya əmr verdi

  • 29.11.2017
  • 0

Misir prezidenti Əbdül Fəttah əs-Sissi orduya təlimat verib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, general Sinay yarımadasında toplaşan terrorçuların məhv edilməsi məqsədilə əməliyyat başlanması barədə əmr imzalayıb. Bu ərazi Misir və İsrail arasında hərbsizləşdirilmiş bölgədir. Bundan istifadə edən İŞİD terrorçularının Suriya və İraqda aldığı məğlubiyyətlərdən sonra Sinaya keçdiyi deyilir. Ötən cümə günü Sinayda məscidlərdən birində dəhşətli terror aktı törədilib, ölənlərin sayı 350-ni ötüb, xeyli insan yaralanıb. Hadisəyə görə məsuliyyəti məhz İŞİD üzərinə götürüb. Sissi hərbçilərə terror qruplaşmasını 3 ay müddətində məhv edilməsi tapşırığını verib. Xatırladaq ki, Misir prezidenti bu yaxınlarda İŞİD-in regiondakı məğlubiyyətlərdən sonra məhz onun rəhbərlik etdiyi ölkəyə köçəcəyini bəyan etmişdi.

Nə düşünürsən?