Avropaya qaçan miqrantlar akula hücumuna məruz qalıb - 31 ÖLÜ

  • 29.11.2017
  • 0

Aralıq dənizində göyərtəsində miqrantların olduğu iki qayığın qəzaya uğraması nəticəsində 31 nəfər ölüb. APA TV-nin “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 40-dan çox insan itkin düşüb. Xilasedicilər cəsədlərin əksəriyyətinin akulalar tərəfindən parçalandığını bildirib. Hadisə yerində miqrantlarla dolu daha bir neçə qayıq aşkarlanıb. Faciə Şimali Afrika sahillərindən 65 km aralıda baş verib. Xilasedicilərin sözlərinə görə, ölənlərin aşkar olunmuş meyitlərində köpək balıqlarının dişlək izlərinin yeri görünür. Qeyd olunur ki, bəzi miqrantlar yırtıcılardan xilas olmaq üçün çevrilmiş qayıqlara çıxmaq istəyən zaman ölüb.

Nə düşünürsən?