Şimali Koreya yenə də raketləri ilə meydan oxudu

  • 29.11.2017
  • 0

Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib. APA TV-nin “Renhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya SQ-nin Baş Qərargahının məlumatında bildirilir. Məlumata görə, Şimali Koreya yerli vaxtla çərşənbə günü səhər saatlarında Yapon dənizi istiqamətində üç raket buraxılışı həyata keçirib, onlardan birinin Yaponiyanın Aomori şimal perfekturası yaxınlığında yerlşən iqtisadi zonası daxilində düşməsi ehtimal olunur. Qeyd edilir ki, raketlər Pxyenan Namdo əyaləti, Pxenson şəhərinin ətrafından şərq istiqamətdə buraxılıb. Cənubi Koreya və ABŞ-ın müvafiq qurumları hazırda raketlərin trayektoriyasını müəyyənləşdirir.

Nə düşünürsən?