Qəbiristanlıqda üzərində qəribə işarələr olan fotolar tapıldı

  • 27.11.2017
  • 0

Goranboyun Nadirkənd qəbiristanlığında kənd sakini Elnur Səmədov torpaqdan bükülü formada üzəri işarələnmiş iki qadın şəkli və müxtəlif yazılar olan kağızlar tapıb. Din xadimlərindən bunun cadu olduğunu öyrənən vətəndaş şəkillərin kimə aid olduğunu taparaq sahibinə bu barədə məlumat vermək istəyir. Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, tapılan fotoşəkillər qəribə işarələrlə qaralanıb. Kağıza isə ərəb-fars əlifbasına bənzər qrafika ilə müxtəlif yazılar yazılıb. Kənd sakini şəkilləri qohum və qonşularına göstərsə də, onları tanıyan olmayıb. Elnur Səmədov fotoşəkillərin kimlərə məxsus olduğunu axtarır. Bunun üçün şəkildəki şəxsləri tanıyanlardan ona müraciət etmələrini xahiş edir.

Nə düşünürsən?