Qohumla evlənmək doğrudurmu?

  • 27.11.2017
  • 0

Çox vaxt əmiqızı əmi oğlu, dayı qızı bibi oğlu, xala qızı xala oğlu və bu kimi yaxın qohumlar ailə qururlar. Xezerxeber.az-ın məlumatına görə, gələcək barədə düşünmədən evliliyi reallaşdıran tərəflər yolun ortasında xoşagəlməz hal ilə qarşılaşırlar. Çünki övladları qüsurlu doğulur. Yalnız bu zaman valideynlər səhv addım atdıqlarını anlayırlar. Tək çarə isə qarşı-qarşıya qaldıqları çətinliklər ilə razılaşmaqdır. Tərəflər yad olduqda uşaqların qüsurlu doğulma halı 2-4% təşkil edirsə, qohum nikahlardan dünyaya gələn uşaqlarda bu hal 4-8% olur. Yəni risk 2 dəfəyə qədər artır. Bəzən xəstələr düşünürlər ki, qan qrupları normal və uyğundur, demək ki, heç bir problem ilə üzləşməyəcəklər. Lakin qohum evliliklərdə bu yox, məhz genetik faktor əsasdır. Genetik olaraq keçən və ailə qurana kimi gizli qalan xəstəlik evlilik zamanı üzə çıxa bilər Bu cür ailələr adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq məqsədi ilə qurulur. Bəzən valideynlər belə evliliklərin qurulması üçün övladlarına təzyiq də göstərirlər. Həkimlər deyir ki, müxtəlif hallara görə bu cür evliliyi reallaşdırmaq istəyən şəxslər ən azı genetik müayinələrdən keçməlidirlər. Hamiləlik zamanı isə təkcə ultrasəs müayinəsi ilə kifayətlənmək olmaz. Çünki bu müayinə uşağın görmə, eşitmə qabiliyyətinin olub –olmamasını, əqli zəifliyini aşkarlamır. Maraqlıdır, görəsən, gənclərimiz bu barədə nə düşünür? Belə bir evliliyə "hə" deyərlərmi? Sorğu etdik . Aldığımız cavablar isə müxtəlif oldu. Hətta bu cür evliliklərə sırf söz-söhbətdən qorxduğu üçün yox deyənlər ilə də rastlaşdıq. Qohum evliliyinə Lənkəran, Lerik, Şəki, zaqatala bölgələrində daha çox rast gəlinir.

Nə düşünürsən?