Güclü vulkan püskürdü, 130 min nəfər təxliyyə edildi

  • 27.11.2017
  • 0

İndonezyanın Bali adasında Aqunq vulkanının qüvvətli şəkildə kül püskürtməsinin davam etməsi ən təhlükəli səviyyəyə yüksəlib İndoneziyada Milli Fəlakətin İdarə Edilməsi Agentliyindən verilən açıqlamada Bali adasındakı Aqunq vulkanında püskürən kül və dumanın 6 min metr yüksəkliyə çatdığı bildirilir. Böyük bir partlayış təhlükəsinə qarşılıq olaraq, bölgədə ən yüksək səviyyədə fövqəladə hal durumuna keçildiyi qeyd edilir. Açıqlamada bölgədə hava nəqliyyatının mümkünsüz olduğu vurğulanır, Lombokdakı hava limanının ardından Balidəki hava limanının da müvəqqəti olaraq uçuşlar etməyəcəyi qeyd edilir. Təxirə salınan uçuşlara görə minlərlə yolçu zərər çəkib. Qeyd edək ki, Aqunq vulkanı keçən həftədən sonra yenidən kül və duman püskürtməyə başlayıb. Sentyabr ayında dağın fəaliyyətə başlamasından sonra həyəcan durumu bəlli bir müddətdə ən yüksək səviyyəyə çatıb və böyük bir partlayış riskinə görə bölgədən təxminən 130 min nəfər təxliyyə edilib. Ölkənin ən çox turist gəldiyi bölgəsi sayılan Bali adasındakı Aqunq vulkanı sonuncu dəfə 1963-cü ildə partlayıb, hadisədə təqribən 1100 nəfər həyatını itirib.

Nə düşünürsən?