Kreditlə tətil: 5 gün istirahət elə, 24 ay pulunu ödə

  • 25.11.2017
  • 0

Bu xəbərimiz kreditlə bağlıdır. Ancaq bu dəfə məsələ bir az fərqlidir. Söhbət kreditə satılan turpaketlərdən gedir. Təsəvvür edin, 5 günlük istirahət üçün iki il kredit ödəməli olursunuz. Maraqlıdır ki, istirahətə görə kredit alanların sayı kifayət qədərdir. İstənilən qiymətə hər hansı bir ölkəyə səyahət üçün turpaket götürürsən, ödənişini kreditlə həyata keçirirsən. Bir çox turizm şirkəti müştəri cəlb etmək üçün müxtəlif kredit kampaniyaları təşkil edir.

Nə düşünürsən?