Rusiyanın Suriyadakı səfirliyi atəşə tutuldu

  • 20.11.2017
  • 0

Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub. Oxu.Az-ın xəbərinə görə, bu barədə RF Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Bildirilir ki, hadisə noyabrın 2-də yerli vaxtla saat 10:35-də baş verib. Mərmilərdən biri səfirliyin ərazisinə düşüb. İnsident zamanı diplomatik nümayəndəliyin əməkdaşları arasında xəsarət alan olmayıb.

Nə düşünürsən?