“American Music Awards – 2017”-nin qalibləri məlum oldu

  • 20.11.2017
  • 0

19 noyabrda Los-Anceles şəhərində “American Music Awards – 2017” mükafatlandırma mərasimi keçirilib. Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, əsas mükafatı - “İlin artisti” adını Bruno Mars qazanıb. O, eyni zamanda, “İlin klipi” (“That's What I Like”), “Soul /R’n’B janrında ən yaxşı albom” (“24K Magic”) və “Soul /R’n’B janrında ən yaxşı mahnı” (“That's What I Like”) nominasiyaları üzrə də qalib olub. Kit Urban “Kantri üslubunda ən yaxşı albom” (“Ripcord”) və “Kantri üslubunda ən yaxşı mahnı” (“Blue Ain't Your Color”) mükafatlarına layiq görülüb. Beyonse “Soul /R’n’B janrında ən yaxşı ifaçı”, Şakira isə “Ən yaxşı latın amerikalı müğənni” seçilib. “Ən yaxşı rep/hip-pop ifaçısı” Dreyk, “Ən yaxşı pop/rok ifaçısı” Ledi Qaqa olub. “YouTube”da rekorda qıran “Despacito” mahnısının ifaçıları Luis Fonsi və Deddi Yanki “İlin dueti” nominasiyasında qalib gəlib.

Nə düşünürsən?