Futbol üzrə 2018-ci il dünya çempionatının bütün iştirakçıları məlum oldu

  • 16.11.2017
  • 0

Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatında iştirak etmək hüququ qazanan 32-ci ölkənin də adı məlum olub. Oxu.Az xəbər verir ki, mundiala vəsiqə qazanan sonuncu komanda evdə Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub. Dünya birinciliyinin iştirakçılarının tərkibi aşağıdakı kimidir: A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa. B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay. C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran. D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya. Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də keçiriləcək.

Nə düşünürsən?