Bakıda fəhlə liftin şaxtasına düşüb öldü

  • 16.11.2017
  • 0

Bakıda fəhlə faciəli şəkildə ölüb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonu H.Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb. Ə.Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Nə düşünürsən?