“Taksi” filminin ulduzu Bakı ilə bağlı xatirələrindən danışdı

  • 11.11.2017
  • 0

Məşhur “Taksi” filminin fransalı aktyoru Sami Naseri “Moskva-Bakı” nəşrinə müsahibəsində Azərbaycan paytaxtı ilə bağlı xatirələri ilə bölüşüb. Oxu.Az-ın xəbərinə görə, aktyor bildirib ki, vaxtilə azərbaycanlı müğənni Röya Ayxanın “Günahsız günahım” klipində çəkilib. Sami Naseri qeyd edib ki, Azərbaycanda keçirdiyi bir neçə gün onda xoş xatirələr saxlayıb. Aktyor Bakıya yenidən gələcəyini bildirib: “Bu dəfə yalnız işlərlə yox, gəzintiyə də vaxt ayıracam. Bir həftə vaxtım olacaq. Azərbaycan mətbəxinin təamlarını da dadına baxacam. Azərbaycana böyük salam göndərirəm. Bütün Bakının qucaqlamaq istəyirəm”.

Nə düşünürsən?