Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı filmin qala gecəsi keçirildi

  • 06.11.2017
  • 0

Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı “Yanlış anlama” adlı filmin “Baba sahne”də qala gecəsi təşkil edilib. Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ekran əsərində Hakan Bilgin, Şevket Çoruh, Bahadır Efe, Duygu Karaca, İslam Mehrəliyev, Fərda Amin, Pərvin Abıyeva, Pelin Sönmez və digərləri rol alıb. Filmin rejissoru Ulaş Cihan Şimşek, ssenari müəllifi Ayberk Çınardır. Türkiyə və azərbaycanlı ailənin birlikdə keçirdikləri 10 gündən bəhs edən filmdə iki dilin həm yaxınlığı, həm də fərqliliyi nəticəsində yaranan səhv anlaşılmaların meydana gətirdiyi macəralar yer alıb. Çəkilişlər İstanbul, Balat və Bakıda aparılıb. Film Türkiyə və Azərbaycan kinoteatrlarında eyni tarixdə - 10 noyabrda nümayiş olunacaq.

Nə düşünürsən?