Səudiyyə Ərəbistanında şahzadəni aparan helikopter qəzaya uğradı

  • 06.11.2017
  • 0

Səudiyyə Ərəbistanında içində şahzadə və ölkənin yüksəkçinli vəzifəlilərin olduğu helikopter qəzaya uğrayıb. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Səudiyyə dövlət televiziyası xəbər yayıb. Məlumata görə, helikopterdə olan şahzadə Mənsur bin Mukrin, Asir bölgəsinin Əmir müavini, Əmir bin Mansour Moqaran və bölgə prokurorlarından ibarət qrupun hamısı qəza nəticəsində həyatlarını itiriblər. Hadisə ilə bağlı hələlik ətraflı məlumat yoxdur.

Nə düşünürsən?