Bakı metrosunda izdiham

  • 02.11.2017
  • 0

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. Oxu.Az-ın xəbərinə görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a açıqlamasında bildirib ki, saat 8:04-də "Həzi Aslanov" Stansiyasında 15 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki problem yaranıb: "Bu səbəbdən də həmin qatar xətdən çıxarılıb. Ona görə də, "Həzi Aslanov" stansiyasında qatarların hərəkətində fasilə yaranıb. Qatarlar "Əhmədli" və "Neftçilər" stansiyalarından geri qaytarılıb. Təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmayıb. Saat 8:30-dan etibarən stansiyada hərəkət bərpa olunub". A.S.

Nə düşünürsən?