“Qarabağ”ın gəncləri səfərdə “Atletiko”ya qalib gəldi

  • 31.10.2017
  • 0

Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. Oxu.Az-ın xəbərinə görə, ilk üç turda xal qazana bilməyən futbolçularımız səfərdə “Atletiko” klubuna minimal hesabla qalib gəliblər. Matçda yeganə qolu 45-ci dəqiqədə Yaroslav Deda vurub. Bununla da, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “uğursuzluq zolağı”ndan çıxmağı bacarıb. Qrupun digər oyununda “Roma” doğma meydanda” Çelsi”yə 1:2 hesabı ilə uduzub. Xatırladaq ki, “Metropolitano” stadionunda keçiriləcək əsas komandaların arasında görüşün start fiti bu gün Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Nə düşünürsən?