Şotlandiya çempionatında qəribə penalti

  • 31.10.2017
  • 0

Şotlandiyanın “Kaudenbit” klubunun müdafiəçisi Cordan Qarden komandasının qapısına təyin olunmuş qəribə penaltinin səbəbkarı olub. Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, müdafiəçi hoppanaraq rəqibin ayaqlarına yıxılıb, rəqib isə onun başına ilişib. 80-cı dəqiqədə təyin olunmuş penaltini “Berik” klubunun futbolçusu Maykl MakKenn dəqiq yerinə yetirib. Görüş 1:0 hesabı ilə “Berik”in qələbəsi ilə başa çatıb.

Nə düşünürsən?