Azərbaycanlı müğənni ikinci dəfə boşandı

  • 24.10.2017
  • 0

Azərbaycanlı müğənni Rəvan Qarayevin ikinci dəfə ailəsi dağılıb. Oxu.Az-ın məlumatına görə, ifaçı bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O, bu haqda ilk dəfə açıqlama verdiyini bildirib: “Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11 mən evdə oluram. Çünki çox gəzən ayağa daş dəyər”. R.Qarayev daha sonra 3-cü dəfə ailə qurmayacağını vurğulayıb: “Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”

Nə düşünürsən?