Hacı Nuranın bər-bəzəkli kostyumlarının sirri

  • 18.10.2017
  • 0

Tanınmış teleaparıcı Hacı Nuran Hüseynovun al-əlvan kostyumları sosial mediada tez-tez müzakirə olunur. Oxu.Az xəbər verir ki, ötən gün ATV-də yayımlanan “Maşın” şouda Əməkdar artist Murad Dadaşov aparıcının geyimləri ilə bağlı maraqlı informasiya verib. O bildirib ki, Hacı Nuran Hüseynov geyimlərini özü tikir. Xatırladaq ki, H.N.Hüseynov müsahibələrindən birində onkoloji xəstəlik ucbatından orta yaşda dünyasını dəyişən valideynləri, özünün də eyni xəstəlikdən əziyyət çəkməsi, bununla əlaqədar yaşadıqları sarsıntıların öhdəsindən gələ bilmək və həyatına rəng qatmaq üçün məhz bu cür geyimlərə üstünlük verdiyini söyləmişdi.

Nə düşünürsən?