Bu kənddə ingilis dili fənni tədris edilmir

  • 04.10.2017
  • 0

Şamaxı rayon Qızmeydan kənd tam orta məktəbində təhsil alan şagirdlərə ingilis dili fənni tədris edilmir.

Oxu.Az Xəzər TV-yə istinadən bildirir ki, bu problem tədris ili başlayandan bu günədək öz həllini tapmayıb. Ötən ilə qədər məktəbdə bu fənn tədris olunsa da müəllim çatışmazlığı dərslərin əvəzlənməsinə səbəb olur. Valideynlər isə bundan narahatdır.

Məktəbin direktoru Nəsimi İsmayılov isə bildirib ki, problemlə bağlı Təhsil Nazirliyinə müraciət olunub.

Sözügedən fənn üzrə vakant yer həm də nazirliyin müvafiq saytında elan yerləşdirilib.

Nə düşünürsən?