“Beşiktaş”ın çılğın azərkeşləri futbolçunu oyundan çıxmağa məcbur etdi

  • 27.09.2017
  • 0

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun qarşılaşmasında, “RB Leypsiq” komandasının hücumçusu Timo Verner “Beşiktaş”ın səs-küylü azərkeşlərinə görə əvəz olunmasını istəyib. Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, əvvəlcə Verner qulaqlar üçün tıxaclardan istifadə etmək istəsə də, onların bir xeyri olmayıb. Sonra hücumçu, azərkeşlərin qışqırıq və fitlərini eşitməmək üçün əlləri ilə qulaqlarını bağlayıb. 32-ci dəqiqədə o əvəz olunmasını istəyib. Oyun 2:0 hesabı ilə “Beşiktaş”ın xeyrinə başa çatıb.