“Vision Music Awards - 2017”: Dihaj-ın çıxışı ən yadda qalan səhnə oldu

  • 26.09.2017
  • 0

“Eurovision” haqqında xəbərlər yayımlayan məşhur wiwibloggs.com saytının keçirdiyi səsvermə nəticəsində “Eurovision – 2017” -də ən yaddaqalan səhnə çıxışı “Skeletons” adlı mahnı ilə Azərbaycanı təmsil Dihaj seçilib. Oxu.Az xəbər verir ki, müsabiqənin pərəstişkarları təmsilçimizə səs verərək, onu “Eurovision-2017”-də “Vision Music Award - 2017” mükafatına layiq görüblər. Digər nəticələr isə belədir: Dihaj: 1,263 səs (21.26%) Lucie Jones: 1,216 səs (20.46%) Robin Bengtsson: 887 səs (14.93%) SunStroke Project: 768 səs (12.92%) Salvador Sobral: 738 səs (12.42%) Artsvik: 717 səs (12.07%) Jacques Houdek: 353 səs (5.94%)

Nə düşünürsən?