Jurnalist Rumıniya millisinin baş məşqçisinin mətbuat konfransına tilovla gəlib

  • 29.08.2017
  • 0

"Gazeta Sporturilor" nəşrinin jurnalisti Rumıniya milli komandasının baş məşqçisi Kristof Daumun mətbuat konfransına tilovla gəlib.

Oxu.Az Report-a istinadən xəbər verir ki,bu addım almaniyalı mütəxəssisin müsahibələrindən birində rumın mətbuatını tənqid etməsinə cavab olaraq atılıb. Daum həmin müsahibədə bir çox yerli jurnalistlərdən daha çox rumın olduğunu, sonra isə "Gazeta Sporturilor"un kağızının yalnız balıq bükməyə yaradığını deyib. Əvəzində tənqid olunmuş nəşrin jurnalisti mətbuat konfransına tilov gətirib.

Nə düşünürsən?