Səbaildəki bu küçələrdə vəziyyət

  • Bu gün 20:34
  • 0

Artıq bir neçə gündür ki, paytaxtın Səbail rayonundakı yolayrıclarından birindəki vəziyyət sürücüləri narahat edir.

Avtosfer.az xəbər verir ki, rayonun Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində yerdəki nişanlama xətləri avtomobil idarəçilərini çaşdırır. Belə ki, Zərifə Əliyeva küçəsində kəsişməyə 20 metr qalmış məsafədə avtobus zolağı bitir və həmin hissəyə paralel 2-ci zolaqda “düzünə və sağa hərəkət” oxu çəkilib. Lakin işıqfora çatanda artıq həmin ox məcburedici “düzünə hərəkət” göstərişi ilə əvəzlənir.

Nəqliyyat eksperti Azər Quliyev öz sosial media hesabında həmin ərazidəki vəziyyəti paylaşıb. O qeyd edib ki, daha əvvəl ikinci zolaqda “düzünə və sağa” oxunu görən sürücü işıqforda qarşısında avtomobil olduğu üçün yerdəki məcburedici “düzünə hərəkət” oxunu görə bilmir və yolayrıcından Rəşid Behbudov küçəsinə - sağa dönərkən İXM-nin 327.1-ci maddəsinə əsasən cərimələnirlər.

Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında yaranmış vəziyyətin nədən qaynaqlandığını və problemin həllini izah edib. O bildirib ki, problem ondan ibarətdir ki, sağ tərəfdə avtobus zolağı var və yəqin ki, avtobuslar oradan düz keçirlər. Bu zolaqdan “sağa hərəkət” oxunun qoyulmağı düzgün deyil.

Nə düşünürsən?