Yol polisi 6 qız uşağını himayəyə götürdü

  • 01.05.2024
  • 0

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bir əməkdaşı anaları tərəfindən küçəyə tərk edilən 2 qız uşağınıda himayəyə götürüb. Avtosfer.az xəbər verir ki, bununla bağlı QHT rəhbəri, Qadın və Uşaq Sığınacağının direktoru Mehriban Zeynalova sosial şəbəkələrdə məlumat paylaşıb. O bildirib ki, yol polisi əməkdaşı həmin uşaqların bütün geyimlərini və böyük bacının gözündə olan problemin aradan qalxması, yaxşı görə bilməsi üçün əməliyat və ya müalicəni də etdirəcəyini bildirib.

Onu da qeyd edək ki, adının çəkilməsini istəməyən şəhər yol polisi əməkdaşı uzun müddətdir sığınacaqda əlavə 4 qız uşağını himayəsində saxlayır. Qızların bütün ehtiyacları özü ödəyir.

Nə düşünürsən?